Ancelina Coli 22 il öncə boşandığı keçmiş həyat yoldaşına geri qayıtdıbackend
Dünya
438

Ancelina Coli 22 il öncə boşandığı keçmiş həyat yoldaşına geri qayıtdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivud ulduzu Ancelina Colinin adı sevgi münasibətində hallanıb.

APress.az bildirir ki, iddialara görə, aktrisa keçmiş həyat yoldaşı Conni Li Millerlə yenidən barışıb. Yayılan məlumatlara səbəb isə, Colinin ötən gün oğlu Paksla birlikdə keçmiş həyat yoldaşının evindən çıxarkən görüntülənməsi olub.
Aktrisanın oğlunu Millerlə tanış etdiyi irəli sürülüb. Digər iddiaya görə isə, iyunun 4-də Coli doğum gününü Conni ilə birlikdə qeyd edib. Lakin Hollivud ulduzunun bəzi fanatları cütlüyün hələ də dost olduğunu düşünür. Həmçinin Millerin oğlu ilə Colinin uşaqlarının yaxın tanış olduğu, tez-tez görüşüb yeməyə, əylənməyə getdikləri istiqamətində də fikirlər səsləndirilib.
Coli ötən həftə də Millerin evindən çıxarkən görüntülənib. Üç saat aktyorun evində qalan ulduz daha sonra təkbaşına binadan çıxaraq evinə gedib.
Xatırladaq ki, cütlük birlikdə rol aldıqları “Hackers” adlı filmdə tanış olmuş, 1996-cı ildə evlənmiş, 1999-cu ildə isə ayrılmışdı.
Sfera.az