ANS TV yeni adla efirə qayıtmağa hazırlaşırbackend
Cəmiyyət
351

ANS TV yeni adla efirə qayıtmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumrespublika televiziya kanalının açılması üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) 7 iyun 2021-ci il tarixindən 7 iyul 2021-ci tarixinədək elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

 

MTRŞ-dan APress.az-a verilən məlumata görə, müsabiqəyə altı iddiaçı sənədlərini təqdim edib.

 

Bunlar “APA Mark” MMC, “Təhsil TV” MMC, “Balans Studiyası” MMC, “İNS ÇM” MMC, “İstipress” MMC, “Medical Media” MMC-dir.

 

Qeyd edək ki, ümumirespublika televiziya kanalının açılması üçün sənəd təqdim edən iddiaçılardan 3-ü ANS Şirkətlər Qrupuna məxsusdur. Bu, ANS TV-nin yeni adla televiziya məkanına qayıdışı ola bilər. ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Sevda Həsənova faktı təsdiqləyib.(modern.az)