Dağlıq Qrabağdakı keçmiş separatçı rejimin rəhbəri Arayik Arutyunyan Rusiyaya gizli səfər edib.
APress.az unikal.org-a istinadən bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Arutyunyan təcili Moskvaya çağırılıb.
“Əldə etdiyimiz məlumata görə, dünən Arayik Arutyunyan təcili olaraq Moskvaya çağırılıb. Onun Rusiyaya “təlimat”landırılması üçün çağırıldığı ehtimal edilir”, – deyə məlumatda qeyd olunub.