Xızı rayonunda arvadını öldürməklə hədələyən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətindən APress.az-a verilən məlumata görə, iyulun 21-i səhər saatlarında rayonun Giləzi kəndində yaşayan Lamiyə Muxtarova həyat yoldaşı, əvvəllər dəfələrlə məhkum olunmuş S.Atlıxanovun valideynlərinin yaşadığı Giləzi kəndinə gələrək özünü və valideynlərini ölümlə hədələdiyini bildirib.
Həmin vaxt L.Muxtarova da valideynlərinin yaşadığı evdə olub. Polis əməkdaşları hadisə yerinə gediblər və S.Atlıxanov onları görərkən özünə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən uzaqlaşmağa cəhd edib. Lakin o, saxlanılıb və onun üzərindən bir ədəd bıçaq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.