Türkiyənin Arnavutköydəki meşəlik ərazisində qətlə yetirilmiş qadın və kişi meyiti aşkarlanıb.
APress.az xəbər verir ki, hadisə yerinə cəlb olunan polislər şəxslərin ölümünü araşdırıblar. Məlum olub ki, hər iki şəxs cinayət qurbanı olub. Qətli törədən şəxsin İbrahim Yüntükay olduğu məlum olub. Şəxs qısa zamanda polis tərəfindən saxlanılıb.
Onun ilkin ifadəsində cinayəti namus üstündə yetirdiyini bildirib. Belə ki, İbrahim Yüntukayün həyat yoldaşı Aynur Yünkutay, ərinin uşaqlıq dostu Murat Ongunla uzun müddətdir ki, gizli eşq yaşayıb. Bunu hiss edən İbrahim onların hər ikisini meşəyə dəvət edib. Daha sonra isə silahla qətlə yetirib.
Cani şəxsin işi məhkəməyə göndərilib. Barəsində 38 il qətimkan tədbir seçilən şəxs hakim qarşısında “Biz namusumuz üçün yaşayırıq” deyərək qışqırıb.
Unikal.org