Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Əlixan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APress.az APA-ya istinadla xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı martın 29-na təyin edilib.
Qeyd edək ki, qətl ötən il mayın 22-də, saat 14:00 radələrində Biləcəri qəsəbəsində yerləşən fərdi evdə baş verib. Burada yaşayan 1952-ci il təvəllüdlü Əlixan Zeynalov 1956-cı il təvəllüdlü həyat yoldaşı Xanım Zeynalovanın boğazını kəsib, sonra polisə gedərək, törətdiyi əməli etiraf edib. Məlum olub ki, o, ümumilikdə qadına dörd bıçaq zərbəsi vurub. İlkin dindirmə zamanı tutulan şəxs qətli qısqanclıq zəminində törətdiyini bildirib.