Aslan Hüseynovun öldüyü qəzada təhlükəsizlik yastığı niyə açılmayıb? – “BMW”dən açıqlamabackend
Cəmiyyət
335

Aslan Hüseynovun öldüyü qəzada təhlükəsizlik yastığı niyə açılmayıb? – “BMW”dən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, müğənni Aslan Hüseynov ötən gün yol qəzasında vəfat edib.

 

Qəzadan sonra avtomobilin görüntüləri bir sıra müzakirələrə səbəb olub. Belə ki, A.Hüseynovun idarə etdiyi “BMW’ markalı avtomobilin təhlükəsizlik yastıqları açılmayıb.

Nəzərə alsaq ki, “BMW’ dünyada ən təhlükəsiz avtomobillərindən biri hesab olunur, qəza zamanı sözügedən avtomobillərdə təhülkəsizlik yastıqlarının açılmaması mümkün deyil.

“BMW’-nin Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan “İmprotex Motors” şirkətinin direktor müavini Ziya Mahmudov baş verən hadisə ilə bağlı saytımıza bunları deyib:

“Burada əsas məqam avtomobilin hadisədən öncə hansı vəziyyətdə olmasıdır. Görünür ki, yeni avtomobil deyil. Yeni istehsal olunan avtomobillərdə belə hadisələrin olması ehtimalı azdır. Təəssüf ki, Azərbaycana ABŞ və digər ölkələrdən yüzlərlə qəzaya düşmüş avtomobillər gətirilir. Bu avtomobillərin sözügedən ölkələrdə istifadəsi qadağandır. Lakin Azərbaycana gətirilir, dövlət nömrə nişanı verilir və istifadə olunur. Nəticədə belə xoşagəlməz hadisələr yaşanır”.