Ata on yaşlı oğlunu öldürdü: “Günah etmədən cənnətə göndərdim” – FOTObackend
Dünya
325

Ata on yaşlı oğlunu öldürdü: “Günah etmədən cənnətə göndərdim” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Konya şəhərində ata azyaşlı oğlunu öldürüb.

APress.az azxeber-ə istinadla bildirir ki, 32 yaşlı İmayıl Kılınçer on yaşlı oğlu Hüseyn Kılınçeri yerə yıxaraq boğub. Daha sonra o, evdən çıxaraq polisə zəng edib və bir nəfəri öldürdüyünü deyib.

Hadisə yerinə gələn hüquq-mühafizə əməkdaşları uşağın meyitini tapıblar.

Nəzarətə alınan, borcları olduğu qeyd edilən İ.Kılınçer ifadəsində iki həftə əvvəldən oğlunu öldürməyi planlaşdırdığını bildirib:

“Cinayəti iki həftədir planlaşdırırdım. Hadisədən əvvəl qəsdən arvadımı bazara göndərdim. Oğluma dedim ki, onu öldürəcəm. Ondan üzr istədim, qucaqlayıb öpdüm. Hüseyn də “atacan, üzr istəyirəm” deyib məni öpdü. Boğub öldürdüm”.

Kılınçer deyib ki, keçmişdə çox günah iş görüb və cəhənnəmə gedəcək. Oğlu da böyüdükcə günah edəcəkdi:

“İnsan nə qədər çox yaşasa, o qədər çox günah edir. Mən də oğlumun böyüdükcə günaha girib mənim kimi olmasını istəmədim. Günahsız ikən onu cənnətə göndərmək istədim”.