Türkiyədə baş vermiş dəhşətli qəza nəticəsində 48 yaşlı kişi və onun az yaşlı oğlu dünyasını dəyişdi.
APress.az Sonxeber.az -a istinadən xəbər verir ki, Mersində 44 HB 726 dövlət nömrə nişanlı avtomovil qarşıdan gələn avtomobillə toqquşub.
Toqquşma nəticəsində avtomobil ağacları qıraraq deformasiyaya uğrayıb.
Avtomobilin içərisində olan 48 yaşlı Yılmaz Dai və onun 11 yaşlı oğlu Əli Altun ağır yaralanıb.
Hadisə yerinə polis və Təcili tibbi yardım çağırılıb.
Yılmaz Dai və Əli Altun Təcili tibbi yardım vasitəsilə xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.
Qəza yerindən qaçan sürücünü axtarışları davam edir.