“Atam dünən komaya düşdü, orqanları dözmədi” – Arif Quliyevin qızıbackend
Cəmiyyət
499

“Atam dünən komaya düşdü, orqanları dözmədi” – Arif Quliyevin qızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ata itirmək ağırdır. Bilirəm, tək ailəsi üçün yox, sevənləri üçün də üzücü xəbər oldu. Mən atamı, xalq isə Xalq artistini itirdi”.

APress.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Arif Quliyevin qızı Günel media nümayəndələrinə açıqlamasında deyib.

“10 gündür əziyyət çəkirik. Hamı da bizlə birlikdə əziyyət çəkirdi, zəng edirdilər, yazırdılar, maraqlanırdılar. Mayın 16-da ad günü idi, gözləmədi… Ağırdır. Sonuncu dəfə görüntülü danışdıq. Söz vermişdi ki, sağalıb gələcək, qızımın toyunda iştirak edəcək. Sözünü tutmadı. Sağalacağına inanırdı, səhhəti yol vermədi, orqanları dözmədi. Bizə çox ağırdır. Hər kəsə sonsuz təşəkkür edirəm. Səhhətində nisbətən yaxşılaşma olmuşdu. Dünən günorta saatlarında komaya düşdü” deyə, Günel bildirib.

Qeyd edək ki, A.Quliyev koronavirus infeksiyasından 71 yaşında vəfat etdi.