“Atamı sevmədiyim üçün bıçaqlayaraq öldürdüm” – 15 yaşlı qızbackend
Dünya
367

“Atamı sevmədiyim üçün bıçaqlayaraq öldürdüm” – 15 yaşlı qız

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kayseridə atası Cuma Ali Ceylanı bıçaqlayaraq öldürən 15 yaşlı qız prokurorluqda ifadə verib.

APress.az xəbər verir ki, atasını qətl edən qız peşman olmadığını bildirib.

“Daim telefonuma baxıb mənə təzyiq edirdi. Buna görə də keçən il atamı öldürmək qərarına gəlmişdim, amma bunu edə bilmədim. Mən onu sevmədiyim üçün bıçaqlayaraq öldürdüm. Hadisədən sonra atamın qanı paltarıma sıçradı. Otağıma keçib paltarımı dəyişdim. Bu vaxt polis gəldi. Atamı öldürdüyümə görə peşman deyiləm”, – deyə 15 yaşlı qız prokururluğa danışıb.

Qeyd edək ki, hadisə ötən gün gecə saat 04:00 radələrində baş verib. Belə ki, atası ilə anasının dava etdiyini görən azyaşlı qız, həmin gecə mətbəxdən götürdüyü bıçaqla atasına 9 bıçaq zərbəsi vurub.

unikal.org