“Atamın mahnılarını oxumaq istəyənlər məndən icazə almalıdır” – Yalçın Rzazadənin oğıubackend
Şou
269

“Atamın mahnılarını oxumaq istəyənlər məndən icazə almalıdır” – Yalçın Rzazadənin oğıu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Özünüz də bilirsiniz ki, Yalçın müəllim çox mülayim bir insan idi. Mahnılarını icazəsiz oxuyanda deyim ki, rahat reaksiya verirdi, xeyr! Çünki ən azından bu günki gün cavan müğənnilər mahnını oxuyur, çox savadsız davranırlar, heç bilmirlər ki, mahnının sözlərini kim yazıb, kim bəstələyib! Bu bir yana qalsın, mahnının ilk ifaçısını da tanımırlar. O ki, qaldı Yalçın müəllimin mahnılarına. Mən  sizin vasitənizlə açıq-aydın elan edirəm ki, bu gündən Yalçın müəllimin mahnılarını oxumaq istəyən ifaçılar onun ailəsindən, yeri gəlsə şəxsən məndən icazə almalıdır. Mənə elə gəlir ki, buna haqqım da çatır. Yalçın müəllimin mahnılarını bundan sonra özüm oxuyacam”.

APress.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadənin oğlu, müğənni Mətin Rzazadə deyib.

“Müğənni Çinarə Məlikzadə Yalçın müəllimin “İncə bellim” mahnısının sözlərini dəyişərək hələ onun sağlığında “Azərbaycan” adı ilə oxudu. Mahnını oxuyarkən Yalçın müəllimdən icazə almışdı?” sualına müğənninin oğlu bu cür cavab verib.

“Sözün düzü, həqiqətən də mən o xanımı tanımıram, amma oxuduğu mahnını radiolarda eşitmişəm. Xanımın adını ilk dəfədir eşidirəm, bu ifaçı Yalçın müəllimdən icazə almayıb. Bu Yalçın müəllimə, bizim ailəmizə qarşı böyük hörmətsizlikdir, mahnını oxumusan, icazə almamısan bu bir tərəfə, sən o boyda əsərin götürüb sözlərini dəyişmisən! Azərbaycanımız haqqında mahnı çox oxunub, bu bizim dövlətimizdir, borcumuzdur ki, ölkəmiz haqqında mahnılar oxuyaq. Min dənə mahnı bəstələmək olardı bu mövzu ilə bağlı, niyə məhz bu möhtəşəm əsəri götürüb pis günə salırsız? Bu hörmətsizlikdən də o yanadır, təhqirdir. Nə icazə alınıb, nə bir söz deyilib! Bu nə hörmətsizlik, qanacaqsızlıqdır?! Bir çoxu mahnını oxuyanda icazə alıb oxuyur, qaldı ki, mahnının sözlərini götürüb dəyişməyə! Bu yolverilməz səhvdir. Heç oxumağını da bəyənməmişdim! Biyabırçı halda idi, mahnının qolunu-qıçını sındırmışdı, aranjmanı da çox pis edilmişdi. Mən onun oğlu ola-ola hər dəfə mahnılarını oxuyanda Yalçın müəllimdən icazə almışam. Nəinki mən, bizim ailəmizə yaxın olan Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar da hər dəfə atamdan icazə istəyib, mahnılarını oxuyublar. Sənətkara, onun mahnılarına hörmət etmək hər bir sənət adamının borcudur” deyə Mətin Rzazadə deyib.