Atasının məşhur aktrisaya təcavüzü ilə bağlı ŞOK DETALLAR: “Anama dedim, inanmadı”backend
Şou
456

Atasının məşhur aktrisaya təcavüzü ilə bağlı ŞOK DETALLAR: “Anama dedim, inanmadı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyəli aktrisa Melisa Döngelin atası tərəfindən cinsi istismara məruz qalması ilə bağlı hadisənin detalları açıqlanıb.

Sfera.az-ın məlumatına görə, aktrisanın atasını 4 il əvvəl şikayət etdiyi, lakin təcavüz məsələsinin ondan da qabaq olduğu bəlli olub. Döngelin şikayətindən sonra atası A.D nəzarətə alınıb. O, məhkəmədə qızının film agentliyinə getməsini istəmədiyini deyib. “Agentlikdə işə başladıqdan sonra hərəkətləri dəyişdi. Niyə haqqımda belə bir iddia irəli sürüb bilmirəm. Mən qızını sevən atayam. Qonşulardan da soruşa bilərsiniz”, – deyə A.D bildirərək ittihamlara etiraz edib.

 

Məhkəmədə Melisanın anasından da gözlənilməz açıqlama gəlib. Belə ki, həyat yoldaşı ilə 19 ildir evli olan Ukrayna vətəndaşı, aktrisanın anası N.D qızının daha əvvəl ona təcavüz hadisəsindən danışdığını deyib: “2 il əvvəl atasının ona təcavüz etdiyini dedi, amma görmədiyimə görə inanmadım. Bir sabah qızımın yanında atasını gördüm, nə etdiyini soruşdum, mənə dedi ki, pul verir. Əgər həyat yoldaşım belə bir şey edibsə, mən də şikayətçiyəm”.

 

Həmin zaman 17 yaşı olan Melisa Dönəm isə dəfələrlə atasının şiddətinə məruz qaldığını etiraf edib: “Evdə həmişə dava-dalaş olurdu. Adi suyun yeri dəyişsə belə, atam gəlib bizi döyürdü. Bir dəfə sırf dostumla parka getdim deyə qolumu qırdı. Qorxumdan hamıya xəstəxanada ikən pilləkanlardan düşdüyümü dedim”.

 

Aktrisa həmçinin qeyd edib ki, hadisəni anasına desə də, onu polisə getməyə qoymayıb və “atanı sərbəst buraxarlar, olan sənə olar” , deyə bildirib. İlk cinsi istismara məktəb vaxtı məruz qalan Melisa dəfələrlə intihara cəhd etdiyini də söyləyib. “Atam tez-tez aktrisalıq fəaliyyətimi bitirməklə, məni məktəbdən çıxarmaqla təhdid edirdi. Özümü öldürmək istədim, neçə dəfə xəstəxanaya aparıldığımı unutmuşam. Sonra peşman oldum, amma əngəl ola bilmirdim”, – deyə Döngel çıxışında vurğulayıb.

 

Məhkəmədə həmçinin digər şahidlər də dinlənilib. A.D-nin qohumları Melisanı yalan deməkdə ittiham edib. Bütün faktlardan sonra məhkəmə müttəhimin ifadəsinin cinayətdən yaxa qurtarmaq məqsədi daşıdığını deyib, A.D.-yə 15 il həbs cəzası verilib.