Avropa İttifaqından Belarusa QADAĞAbackend
Dünya
285

Avropa İttifaqından Belarusa QADAĞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı (Aİ) Belarus hava yolu şirkətlərinin Avropa hava məkanından və Aİ ölkələrindəki hava limanlarından istifadəsini qadağan etmək qərarına gəlib.

APress.az “Xarici KİV-ə istinadla xəbər veir ki, bu barı də qurumdan məlumat verilib.

Qeyd edilib ki, üzv dövlətlərin səfirlərinin iyunun 4-də keçirilən iclasında keçən ay bir sərnişin təyyarəsinin Minskə endirilərək sərnişinlər arasındakı müxalifətçi bir jurnalistin saxlanılması səbəbindən Belarusa aviasiya qadağaları ilə bağlı razılıq əldə edilib.

Qərara görə, Aİ ölkələri Belarus hava yollu şirkətlərinin qalxış, eniş və hava məkanından istifadə etmə tələblərini rədd edəcəklər.

Avropa Şurasının sədri Şarl Mişel sosial medaidan verdiyi açıqlamada iyunun 4-ü gecə yarısı etibarən Belarus hava yolu şirkətlərinin Aİ hava məkanından və hava limanlarından istifadə edə bilməyəcəyini və yeni sanksiyaların da gündəmdə olduğunu bildirib.

Mişel Belarusda siyasi əsaslarla həbs edilənlərin sərbəst buraxılması çağırışını da təkrarlayıb.

Xatırladaq ki, Yunanıstandan Litvaya 123 sərnişin daşıyan “Ryanair”in təyyarəsi mayın 23-də bomba təhdidi olduğu səbəbiylə Belarus hava məkanında olarkən təcili eniş etmişdi.

Belarusun paytaxtı Minskə endiriyən təyyarədəki sərnişinlər arasında olan və terror fəaliyyətində olduğu iddia edilən, müxalif şəxsiyyətilə tanınmış, ölkədə qanunsuz nümayişlərin idarə olunduğu bir sosial media hesabının qurucusu və keçmiş baş redaktoru Roman Protaseviç saxlanılmışdı.

Aparılan axtarışlar nəticəsində bomba təhlükəsinin əsassız olduğu elan edilmiş və lazımi yoxlamalar aparıldıqdan sonra təyyarə Minsk Hava Limanından ayrılıb Vilnüsə getmişdi.