Avropa İttifaqı ölkələri koronavirusa qarşı tam peyvənd olunmuş turistlər üçün sərhədlərini açacaq.
APress.az bildirir ki, bu barədə AFP News Agency şəxsi Twitter hesabında məlumat verib.
Mayın 19-da Avropa Dərman Agentliyi (EMA) tərəfindən təsdiqlənmiş preparatlarla peyvənd olunmuş turistlərə Avropa İttifaqına üzv ölkələrin ərazilərinə giriş icazəsi verilməsi barədə razılıq əldə edilib. Avropa Komissiyası razılaşmasının tövsiyə xarakteri daşıdığı qeyd olunur.
Mayın 25-də Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının təcili sammiti keçiriləcək. Toplantıda müzakirə ediləcək əsas mövzularından birinin əcnəbi vətəndaşlar üçün Aİ ərazisinə giriş qaydalarının razılaşdırılması olacağı gözlənilir. Həmçinin ittifaq üzvü olan 27 ölkədə tanınmış peyvənd sertifikatının “yaşıl rəqəmsal keçidinin tətbiqi” məsələləri də müzakirə ediləcək.
Bir müddət əvvəl, may ayının əvvəlində ETOA Avropa Turizm Assosiasiyasının rəhbəri Tom Cenkins Avropa ölkələri sərhədlərinin əcnəbi turistlər üçün açılacağı vaxt barədə danışmışdı. Onun sözlərinə görə, Avropadakı turizm payıza və ya qışa qədər normala dönə bilər və 2021-ci il 2020-ci ilə nisbətən daha yaxşı olacaq.
Sfera.az