Türkiyənin Avropa Birliyinə (AB) üzvlüyü ilə bağlı ittifaqın səhvləri oldu.
APress.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sabiq prezidenti Abdullah Gül müsahibəsində deyib.
“Həm AB-nin səhvləri, həm də Türkiyənin içərisində olduğu durum var. Bu vəziyyətin ən böyük səbəblərindən biri Kipr məsələsidir. Kiprdə 2004-cü ildə Anna Sülh Planı rədd edildi, lakin türklər tərəfindən qəbul edilməsinə baxmayaraq, Cənubi Kiprin üzvlüyə alınması böyük yanlış idi. Bu, AB prinsiplərinə zidd idi, çünki sərhəd problemini həll etməyən ölkənin AB-yə üzv olmasından söhbət gedə bilməzdi. Bu prinsipi AB qulaqardına vurdu və Kiprin üzv edilməsi ilə Kipr problemi AB-nin daxilinə daşındı”, – deyə Gül bildirib.
O bildirib ki, Türkiyə AB hədəflərindən heç vaxt imtina etməməlidir.