Avropa vaksinasiya ilə bağlı qarşıya qoyduğu hədəflərin heç birinə çatmayıb – “El Pais”backend
Dünya
232

Avropa vaksinasiya ilə bağlı qarşıya qoyduğu hədəflərin heç birinə çatmayıb – “El Pais”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttiffaqı əhalinin koronavirusa qarşı vaksinasiyası ilə bağlı bu ilin birinci rübü üzrə qarşıya qoyduğu hədəflərin heç birinə çatmayıb.

APress.az Trend-ə istinadən bildirir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti yazır.

Qeyd olunur ki, Brüssel martın 31-dək Aİ ərazisində 80 yaşdan yuxarı əhalinin və tibb işçilərinin 80 faizini peyvəndləməyi planlaşdırırdı.

Qəzet yazır ki, Aİ heç bir halda məqsədinə çatmayıb. Bu günədək 80 yaşdan yuxarı əhalinin yalnız 27 faizi, tibb işçilərinin 50 faizə yaxını peyvənd olunub.

Eyni zamanda koronavirus vaksini dozalarının paylanması üzrə planlaşdırılan cədvələ əməl olunmayıb.

Qeyd edək ki, Aİ ölkələrində vaksinasiya ötən ilin dekabrından başlayıb. Hazırda Avropa İttifaqında 4 koronavirus vaksini təsdiq olunub.