Avroviziyanı canlı olaraq ancaq bu şəxslər izləyə biləcəkbackend
Şou
238

Avroviziyanı canlı olaraq ancaq bu şəxslər izləyə biləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu il Avroviziya mahnı müsabiqəsini canlı olaraq 3500 nəfər izləyə biləcək.
APress.az xəbər verir ki, Hollandiyada təşkil olunacaq 65-ci Avroviziya mahnı müsabiqəsini canlı olaraq yalnız bu ölkədə yaşayan və koronavirus testi neqativ çıxan şəxslər izləyə bilər.
Belə ki, müsabiqənin keçirildiyi məkanda maksimum 3500 nəfərin tamaşaçı qismində iştirak edə biləcəyi açıqlanıb.
Hollandiya hökumət rəsmilərindən birinin verdiyi açıqlamaya əsasən mövcud qayda gələcək məhdudiyyətlərin tətbiqi baxımından sınaq məqsədi daşıyır.
Qeyd edək ki, ötən il pandemiya səbəbilə ertələnən 65-ci Avroviziya mahnı müsabiqəsi bu il 18-22 may tarixlərində Hollandiyanın Rotterdam şəhərində keçiriləcək.
Sfera.az