Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMAbackend
Cəmiyyət
309

Avtobus sürücüsünü döyən şəxslə bağlı DİN-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi (DİN) Abşeronda avtobus sürücüsünü döyən şəxslə bağlı açıqlama yayıb.

DİN-dən APress.az-a daxil olan açıqlamada deyilir:

“Aprelin 29-da Abşeron rayonunun Xırdalan şəhəri ərazisində 119 saylı marşrut xətti üzrə avtobusda sərnişinlə sürücü arasında baş vermiş insidentin görüntüləri sosial şəbəkələrdə yayımlanmışdı.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov məsələ ilə əlaqədar bildirdi ki, dərhal Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə həmin şəxsin 17 yaşlı Orxan Abbasov olması müəyyən edilərək İdarəyə dəvət olunmuşdur. O, törətdiyi əməli etiraf etmiş və peşiman olduğunu bildirmişdir.

Polis əməkdaşları tərəfindən O.Abbasovla profilaktiki söhbətlər aparılmış və o, xəbərdarlıq edilərək sərbəst buraxılmışdır”.