Türkiyədə 59 yaşlı kişi təmir etdiyi avtomobilinin altında qalaraq ölüb.
APress.az xəbər verir ki, Kütahyanın Dərəli kəndində yaşayan Hüseyn Özkaya avtomobilini təmir etmək üçün altına girdiyi zaman maşını qaldıran qurğunun anidən boşalması ilişib qalıb.
Ətrafdakı insanların köməyi ilə avtomobilin altından çıxarılan Özkaya xəstəxanaya aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.