Avropa Birliyinin qəbul etdiyi qərara əsasən 2022-ci ilin may ayından etibarən avtomobillərdə “qara qutu” yerləşdiriləcək.
APress.az xəbər verir ki, “qara qurtu” avtomobillərdə 41 məlumatı toplayacaq. “Qara qutu”lar bu məlumatları qəzadan 5 saniyə öncəyə qədər toplaya biləcək.
Avropalı ekspertlər hesab edir ki, “qara qutu”ların toplayacağı məlumatlar ölümə və ya ağır yaralanmaya səbəb olan qəzaların sayını azaldacaq. Belə ki, əldə ediləcək məlumatlarla qəzanın baş vermə səbəbi daha dəqiq müəyyənləşdiriləcək və buna uyğun olaraq qabaqlayıcı tədbirlər görüləcək.
Avropada bir ədəd “qara qutu”nun qiyməti 70 avro olacaq.
Məlumatlara əsasən, hazırda Avropada istehsal edilən bəzi avtomobillərə “qara qutu” yerləşdirilir. Həmin avtomobillərdə cihaz avtomobilin ön hissəsində, sürücü və sərnişin oturacağının arasında yerləşdirilir.
Qəbul edilən qərara əsasən avtomobillərdə “qara qutu”ların quraşdırılması 2024-cü ilə qədər tamamlanacaq. İcbari xarakter daşıyan qərara görə 2024-cü ildə “qara qutu”su olmayan avtomobil sığortalanmayacaq.
Sfera.az