“Mirşahin müəllim, bu xalq yazıqdır. Məncə, yetər artıq”.
APress.az bildirir ki, bunu müğənni Nadir Qafarzadə “Real” televiziyasının direktoru Mirşahin Ağayevin karantini sərtləşdirməklə bağlı açıqlamasına cavab olaraq deyib.
İfaçının sözlərinə görə, bir gün gözümüzü açıb görəcəyik ki, ölkədə adam qalmayıb, hamı xaricə köçüb.
“Axı biz qoyun deyilik. İnsanların insan kimi yaşamağa haqqı var. Allahlıq Allaha məxsusdur. Sizə hörmətimiz var”, – deyə o qeyd edib. Lakin Nadir Qafarzadə bir müddət sonra payaşımını səhifəsindən silib.
Xatırladaq ki, M.Ağayev bayram günlərində tam qapanma tələb edib.
Sfera.az