Mayın 13-də İstanbulun Ayasofya məbədində 87 il sonra ilk bayram namazı qılınıb.
APress.az xəbər verir ki, ibadət mərasimində Türkiyə Böyük Millət Məslisinin sədri Mustafa Şentop, qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, İstanbul valisi Ali Yerlikaya və çox sayda vətəndaş iştirak edib.
Xatırladaq ki, Ayasofya 1985-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib.