“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Türkiyənin İstanbul və Ankara şəhərlərinə uçuşları müvəqqəti dayandırır.
APress.az xəbər verir ki, bunu Oxu24.com-a AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib. Onun sözlərində görə, Bakı-İstanbul-Bakı (J2175/176) 29 aprel 2021-ci il – 16 may 2021-ci il tarixlərinə və Bakı-Ankara-Bakı (J2 103/104) 29 aprel 2021-ci il – 13 may 2021-ci il tarixlərinə olan reyslər ləğv edilir. Bununla yanaşı, Bakı-Antalya-Bakı (J2 125/126) 12 may 2021-ci il tarixli reysi də ləğv olunub.
Qeyd edək ki, buna səbəb sərnişin axınının aşağı olmasıdır. Alternativ kimi sözügedən tarixlərə olan aviabiletləri “Türk Hava Yolları”nın biletlərinə dəyişmək olar. AZAL-ın qeyd olunan reyslərə satılan aviabiletlərin cərimə tətbiq olunmadan istənilən tarixlərə dəyişdirmək və ya qaytarmaq mümkündür.