“Azərbaycan Dəmir Yolları” QSC CƏRİMƏLƏNDİbackend
Cəmiyyət
304

“Azərbaycan Dəmir Yolları” QSC CƏRİMƏLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi (DGK) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin törəmə şirkəti olan “ADY Konteyner” MMC barəsində inzibati qaydada protokol tərtib edib.

APress.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə (Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə) əsasən tərtib edilən protokol baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilib. İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.