Azərbaycan, Ermənistan və Rusiya liderlərinin yeni görüşü planlaşdırılır.
Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Moskvada keçirilməsi planlaşdırılan görüşdə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan bir sıra məsələləri müzakirə edəcək.
Bu məsələlər arasında Rusiya qoşunlarının Zod kəndindən başlayaraq Xoznacar kəndinə qədər olan sərhəd zolağında yerləşdirilməsi, Azərbaycanla Ermənistan arasında sərhəd mübahisələrinin qarşısını almaq üçün rəsmi demarkasiya və delimitasiya proseslərinin keçirilməsi, həmçinin, Naxçıvanla Azərbaycanın qalan ərazisi arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə erməni tərəfinin yazılı zəmanəti və s. var.
Görüşün keçiriləcəyi tarixlə bağlı müzakirələr davam edir.
Azərbaycan, Erməniatan və Ermənistan liderləri Qarabağda hərbi əməliyyatları dayandıran 10 noybar 2020-ci il tarixli üçtərəfli bəyanatı ilə yanaşı, 2021-ci il yanvarın 11-də Moskvada üçtərəfli görüş keçiriblər. // Modern.az