“Bu gün Azərbaycan xalqı, Azərbaycan mədəniyyəti, Azərbaycan ictimaiyyəti üçün ağır gündür. Xalq rəssamı Tahir Salahovun dəfn günüdür”.
APress.az xəbər verir ki, bunu Mədəniyyət naziri Anar Kərimov deyib.
Nazir bildirib ki, o, Azərbaycanı çox yüksək səviyyədə təmsil edib: “Tahir Salahov təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan, dünya şöhrətli rəssamımızdır. Onun ürəyi hər zaman Azərbaycanla döyünüb. Böyük mükafatlar alıb. Orden və medallarla təltif olunub. Dünyanın ən böyük sərgi salonlarında əsərləri sərgilənib. Fürsətdən istifadə edərək Tahir müəllimin ailəsinə dərin hüznlə başsağlığı verirəm”.