Azərbaycan öz qapısına qol vurdu – Portuqaliyanın qələbəsibackend
İdman
377

Azərbaycan öz qapısına qol vurdu – Portuqaliyanın qələbəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya ilə matçda yalnız Azərbaycan tərəfi qol vurub.  O da öz qapısına.

APress.az xəbər verir ki, oyun 0:1 hesabı ilə başa çatıb.

Matçdakı bu yeganə qol görüşün 36-cı dəqiqəsində vurulub. Avtoqolun müəllifi isə qapıçı Şahruddin Məhəmmədəliyevdir.

Kanselunun ötürməsindən sonra qolkiperin uzaqlaşdırmaq istədiyi top kapitan Maksim Medvedəvə dəyərək qapıya daxil olub.

İkinci hissədə Azərbaycan komandası daha yaxşı oynayaraq rəqib qapısında bir neçə təhlükəli əqam yaratsa da matçda hesabı bərabərləşdirə bilməyib.

Beləliklə, Azərbaycan millisi 2022 Dünya çempionatının seçmə mərhələsinə  məğlubiyyətlə başlayıb.

Bizim.Media