Azərbaycan vaksin ala bilməyəcəkbackend
Cəmiyyət
820

Azərbaycan vaksin ala bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan “PFİZER” vaksini əldə edə bilməyəcək.

 

APress.az Hokm.az-a istinadən xəbər verir ki, “COVAX” Azərbaycanı siyahıya salmayıb.

 

Azərbaycan koronavirusa qarşı ən yaxşı vaksinlərdən sayılan “Pfizer”i almaqdan məhrum olunub. Çünki “COVAX” Azərbaycanı siyahıya salmayıb.

 

Qeyd edək ki, “COVAX” Koronavirusa Qarşı Peyvənd İttifaqı – Epidemiya Qarşı Hazırlıq və İnvestitsiya Koalisiyası (CEPI), “UNICEF” və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında ortaq platformadır. Ümum Dünya Səhiyyə Təşkilatına bu və ya digər formada köçürmələr, yardımlar etməsinə baxmayaraq, Azərbaycanı “COVAX” platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına salmayıblar. Halbuki Azərbaycan ötən il həmin şirkətin hesabına 21 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. “COVAX” bu addımı belə əsaslandırır ki, Azərbaycan yanvarın 29-dək vaksinasiyaya başlayıb. Pfizer isə yanvarın 29-dan sonra peyvəndləmə işlərinə başlayan ölkələrə göndərilir.

Hazırda Azərbaycanda yalnız “CoronoVAC” vaksinindən istifadə edilir. Yanvarın 18-dən bu günə kimi ölkədə 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.