Azərbaycana 100 min pulsuz test dəsti gətirildibackend
Cəmiyyət
272

Azərbaycana 100 min pulsuz test dəsti gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Zeytun Pharmaceuticals” MMC şirkəti ölkəmizdə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində dövlətə dəstək məqsədi ilə 50 000 ədəd Türkiyə istehsalı olan “COVID-19 Ekstraksion Kiti Testi” və 50 000 ədəd “RTqPCR Tespit Kiti Testi” təmənnasız olaraq Azərbaycan Səhiyyə Nazirliyinə təqdim edib.

Bu barədə APress.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Səhiyyə Nazirliyi şirkətin təmənnasız olaraq təqdim etdiyi COVID-19 virusunun müayinəsi üçün 100 min test dəstini minnətdarlıqla qəbul edib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda COVID-19 virusu ilə mübarizə tədbirlərinə başlanılan ilk günlərdən etibarən ölkə vətəndaşlarının sağlamlığını, sosial təminatının qorunmasını əsas vəzifələr kimi müəyyənləşdirərək, dövlət qurumları və özəl sektora aid şirkətlərin diqqətini bu sahəyə yönəltməyi tapşırıb. Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiya ilə mübarizə dövründə “Zeytun Pharmaceuticals” –ın dəstəyini təqdirəlayiq hesab edib, şirkətə dərin minnətdarlığını bildirir”, – məlumatda bildirilib.