Azərbaycana bir neçə milyon həşərat gətirildi – 27 min dollara…backend
Cəmiyyət
350

Azərbaycana bir neçə milyon həşərat gətirildi – 27 min dollara…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin birinci rübü ərzində ölkəmizə 22,255 milyon ədəd həşərat və böcək gətirilib. Bu məqsədlə ümumilikdə 27 min dollardan çox vəsait ödənilib.

APress.az rəsmi məlumatlara istinadən bildirir ki, həşərat və böcəklərin böyük hissəsi Ukraynadan idxal olunub. Ukraynadan 3 ayda 12 min dollar dəyərində 19,9 milyon ədədə yaxın həşərat və böcək gətirilib.
Belçikadan 9,45 min dollarlıq 0,96 milyon ədəd, Niderlanddan 3,36 min dollar dəyərində 1,4 milyon ədəd həşərat və böcək alınıb.
Statistika göstərir ki, Belçikadan alınan həşərat və böcəklər daha bahalıdır.
2020-ci ilin birinci rübündə 54,3 min dollar dəyərində 31,825 milyon ədəd həşərat və böcək idxal edilmişdi.
Qeyd edək ki, Azərbaycan az miqdarda da olsa, həşərat və böcək ixrac edir. Bu ilin birinci rübündə 81 min dollar dəyərində 415 min ədəd ixrac həyata keçirilib.

Ölkəmizdən bu məhsulların əsas alıcısı Qazaxıstan və Özbəkistandır. Azərbaycandan ixrac edilən həşərat və böcəklərin idxal edilənlərlə müqayisədə daha baha olduğu görünür.