Azərbaycana qarşı terrorçular vuruşublar – “Asala”, İŞİD, PKK… – VİDEObackend
272

Azərbaycana qarşı terrorçular vuruşublar – “Asala”, İŞİD, PKK… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə dövründə Ermənistan silahlı qüvvələrində terrorçuların yer aldığı və döyüşlərdə iştirakı ilə bağlı əsaslı faktlar müəyyən edilirdi. Elə indinin özündə də bu faktların bir hissəsi üzə çıxmağa davam edir. Terrorçuların izlərini silməyə çalışan ermənilər özlərini bəzi məqamlarda ələ verir. İşğalçıların keçmiş postundan götürülmüş erməni hərbçilərinin formalarının analizi maraqlı məqamları üzə çıxarıb. Belə ki, bəzi döyüş postlarından Asala yazısı və xaç şəkli olan erməni formaları bəzi döyüş postlarından tapılıb.

APress.az xezerxeber.az-a istinadən bildirir ki, terrorçularla əlbir olan Ermənistan hər şəkildə özünü ifşa edir. İşğaldan azad olunan ərazilərdə tapılan detallı faktlar vətən müharibəsində terror təşkilatı “Asala”nın Ermənistan tərəfindən döyüşməsini bir daha təsdiq edir.

Terrorçuların geriyə qoyub getdiyi geyimlərdə “Asala” işarəli şevronlara rast gəlinir. Müharibə dövründə müxtəlif faktlarla “Asala” terror təşkilatının döyüşlərdə iştirakı öz  təsdiqini tapmışdı. Döyüşlərdən sonra işğaldan azad edilən ərazilərdə tapılan hərbi geyimlərdə asala nişanları, postlarda olan şəxsi heyət cədvəli sənədlərində isə “Asala”nın üzvlərinin adları var.

Hərbi ekspert Emin Həsnlinin sözlərinə görə, “Asala” ilə bərabər, İŞİD, PKK və digər qatı cinayətlərdə əli olan terror təşkilatları da Qarabağda cəmlənib. Azərbaycan ordusunun döyüş taktikası və yüksək bacarığı qarşısında isə yalnız qaçmağa məcbur oldular. Bu gün də onlardan geriyə terror planları, dəstənin qatı cinayətkar üzvlərinin meyitləri və onları ifşa edən sənədlər qalıb. Terrorçuları birləşdirən əsas amil pul olsa da, bu qədər terror təşkilatını bir arada birləşdirən başqa səbəblər də indi üzə çıxır.

Qeyd edək ki, “Asala” terror təşkilatı dünyanın müxtəlif yerlərində həyata keçirdiyi qatı terror hadisələri ilə tanınır. Birinci Qarabağ Müharibəsində terror təşkilatının əsas simalarından olan monte melkonyan artıq məhv edilib. Vətən müharibəsində isə döyüşlərə qatılan onlarla terrorçu da ordumuz tərəfindən öldürülüb.