Azərbaycanda 15 yaşlı qız ana oldubackend
Gündəm
497

Azərbaycanda 15 yaşlı qız ana oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ağcabədi rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.
APress.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hamilə vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilən 2006-cı il təvəllüdlü S. İ-nin övladı dünyaya gəlib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir.