Azərbaycanda 36 yaşlı fəhlə faciəvi şəkildə öldübackend
Cəmiyyət
35

Azərbaycanda 36 yaşlı fəhlə faciəvi şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda fəhləni elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə şəhərin Əliqulu Nərimanov küçəsində baş verib.

 

Belə ki, tikintidə fəhlə işləyən rayonun Yeni Güləzi kənd sakini, 1985-ci il təvəllüdlü Vasif Gülməmməd oğlu Sadıqovu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, V.Sadıqov ailəli idi, 2 övladı var.