“Azərbaycanda 4-cü dalğa olmayacaq” – Tanınmış həkimdən gözlənilməz AÇIQLAMAbackend
Cəmiyyət
329

“Azərbaycanda 4-cü dalğa olmayacaq” – Tanınmış həkimdən gözlənilməz AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Heç bir 4-cü dalğa olmayacaq. Dalğa oyunları ilə insanları stresə salmayın”.
Sfera.az bildirir ki, bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, Azərbaycanda cəmi bir epidemik alovlanma olub:
“Bizdə karantin sərtləşdiriləndə yoluxma azalıb, yumşaldılanda artıb. Bu dalğa deyil. Dalğa odur ki, eyni karantin şərtlərində yoluxma artıb-azalsın. Bu baxımdan 4-cü dalğa proqnozu verənlər biraz düşünsün. Pandemiya bitər-bitməz əksər insanlarda psixi-nevroloji problemlər ciddi şəkildə artır. Yenidən insanları stresə salmaq olmaz”.
Mütəxəssis qeyd edib ki, bu cür hallar ciddi fəsadlar yarada bilər:

 

Nə olacaqsa, olacaq. Situasiyaya uyğun davranılmalıdır. Yoxsa su gəlməmiş çırmanırıq yenə?”.