Azərbaycanda 4 nəfər maşının altında qalıb öldübackend
Cəmiyyət
266

Azərbaycanda 4 nəfər maşının altında qalıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən sutka ərzində Azərbaycanda 4 piyada yol qəzasının qurbanı olub.

APress.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 1-də saat 21 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində F.Ağamalıyev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Xudat şəhər sakini Mais Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Avqustun 2-də saat 1 radələrində isə Xəzər rayonu Binə qəsəbəsi ərazisində Ağsu rayon sakini R.Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən qəsəbə sakini İlhamə Bayramovanı vurub, qadın yerindcə ölüb.

Bundan başqa avqustun 1-də saat 18 radələrində Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində rayon sakini K.Kazımov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən kənd sakini Rəfi Aslanovu vurub və piyada hadisə yerində ölüb. Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində K.Kazımov saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən və avtomobilə baxış zamanı oradan ümumilikdə 51 qramdan artıq metamfetamin və marixuana aşkar edilərək götürülüb.

Daha bir ağır qəza avqustun 1-də saat 21 radələrində Goranboy rayonunun Borsunlu kəndi ərazisində baş verib. Rrayon sakini F.Qələndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Qədir Tarverdiyevi vurub, 0 hadisə yerində vəfat edib.

Hər bir faktla bağlı araşdırma aparılır.