Gədəbəydə 85 yaşlı qadının zorla tövlədə saxlanılmasına dair görüntülər yayılıb. Yayılan görüntülərdə iddia olunur ki, həmin qadının pensiya kartı əlindən alınıb. Daha sonra onun əllərini bağlayıb tövlədə saxlayıblar.
DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirilib ki, artıq məsələ nəzarətə götürülüb:
“Faktla bağlı araşdırma aparılır”.