Biləsuvar rayonunda bir ailənin üç üzvü koronavirusdan vəfat edib.
APress.az “report”a istinadən xəbər verir ki, Bəydili kəndində yaşayan Fərəcovlar ailəsinin 5 üzvündən götürülmüş koronavirus testinin nəticələri pozitiv çıxıb.
Müalicə alan ailənin üzvlərindən – Fərəcov İxtiyar Paşa oğlu (1939-cu il), Fərəcov Teymur İxtiyar oğlu (1966-cı il) və Fərəcov Badam Mehdi qızı (1939-cu il) vəfat edib.
Qeyd edək ki, ölənlərdən ikisi ər və arvad, digəri isə onların oğludur.