Azərbaycanda bu həftə havanın temperaturu 43 dərəcəyə yüksələcəkbackend
Cəmiyyət
276

Azərbaycanda bu həftə havanın temperaturu 43 dərəcəyə yüksələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 4-8-də ölkədə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APress.az-a verilən məlumata görə, hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39°, bəzi yerlərdə 40-41° isti, Respublikanın rayonlarında 35-40° isti, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43°-dək yüksələcəyi gözlənilir.