Azərbaycanda bu universitetdə kütləvi yoluxma aşkarlandıbackend
Gündəm
272

Azərbaycanda bu universitetdə kütləvi yoluxma aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin birinci Müalicə işi fakültəsinin 6 qrupunda koronavirusa yoluxma halı aşkarlanıb və həmin qruplarda təhsil distant formaya keçirilib.

Bu barədə Unikal.org-a ATU-nun mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, universitetdə yoluxma halı kütləvi deyil, hər qrupda 1-2 tələbə yoluxub.

Həmçinin qeyd olunub ki, ənənəvi formada dərslər keçilən bütün klinik bazalarda dezinfeksiya tədbirləri həyata keçirilir. Tələbələr universitetə daxil olarkən karantin qaydalarına uyğun olaraq temperaturları ölçülür.