Azərbaycanda daha bir tanınmış koronavirusdan öldü – FOTObackend
Cəmiyyət
251

Azərbaycanda daha bir tanınmış koronavirusdan öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçəçi rəssam Rauf İsmayılov bu gün günorta saatlarında vəfat edib.

APress.az bildirir ki, bu barədə APA-ya Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq məlumat verib.

O, R.İsmaylovun koronavirusa (COVİD-19) yoluxduğunu, martın 6-dan komada olduğu deyib.

Qeyd edək ki, R.İsmayılov 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974-1976-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1980-1986-cı illərdə Muxina adına Sankt-Peterburq Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil alıb.

Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan R.İsmayılov “Ana məhəbbəti”, “Hünər meydanı”, “Fəryad”, “Gəl rəqs edək”, “Gecə görüntüləri”, “Qurtuluş”, “Məhəbbət sorağında”, “Tənha ağac” və s. əsərlərin müəllifidir. 2002-ci ildə “Humay” milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005-2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində “Həyatın bir anı”, 2009-cu ildə “Ulu sənət”, 2010-cu ildə “Ulu xalq – ulu sənət” adlı fərdi sərgiləri təşkil olunub.