Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdibackend
Cəmiyyət
256

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.
APress.az “Report”a istinadən xəbər verir ki, o, bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.
Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində yüksək vəzifələrdə çalışıb.
Q.Həsənov 2017-ci ilin may ayından 2020-ci ilin sonuna kimi isə “Atasığorta” şirkətinin İdarə Heyəti sədrinin müavini və birinci müavini vəzifəsini tutub.
Allah rəhmət eləsin!