Tovuzda atanın 12 yaşlı oğlunu zəncirlə ağaca bağlayaraq döyməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə APress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, uşağı atası Şahin Mustafayev ağac parçası ilə döyüb. Nəticədə o, xəsarət alıb: “Hazırda məsələ ilə bağlı araşdırma aparılır və məsələyə aparılan araşdırmalardan sonra hüquqi qiymət veriləcək”.