Sabirabad rayonunun Zəngənə kəndində evin yanması nəticəsində ana və iki oğlu yanaraq ölüb.
APress.az APA-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Bunlar Sabirabad rayonunun Zəngənə kənd sakini, 1994-cü il təvəllüdlü Nağıyeva Şəbnəm Əfsər qızı, oğlanları 2009-cu il təvəllüdlü Nağıyev Xəyal Elmin oğlu və 2010-cu il təvəllüdlü Nağıyev Ceyhun Elmin oğludur.
Təfərrüatlar barədə əlavə məlumat veriləcək.