Azərbaycanda dəhşətli qəza: 5 ölü, 2 yaralı var – FOTObackend
Cəmiyyət
246

Azərbaycanda dəhşətli qəza: 5 ölü, 2 yaralı var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı “Mercedes Vito” markalı mikroavtobusla “Howo” markalı yük maşını toqquşub.
Yol qəzasının təfərrüatları araşdırılır.
Ucarda baş vermiş ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Avtoqəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 1985-ci il təvəllüdlü Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 2002-ci il təvəllüdlü Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
E..İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.
Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.