İyunun 15-də saat 21 radələrində Qax rayonunda ağır yol qəzası baş verib.
APress.az xəbər verir ki, rayonun Ləkit kəndi ərazisində kənd sakini Cəfər Cəfərlinin idarə etdiyi “Daewoo” və Balakən rayon sakini İ.Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə C.Cəfərli hadisə yerində ölüb, 3 sərnişin, habelə digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Qax RPŞ tərəfindən araşdırma aparılır.
publika