Azərbaycanda əhalinin neçə faizini uşaqlar təşkil edir? – 20 ildə kəskin azalma…backend
Cəmiyyət
258

Azərbaycanda əhalinin neçə faizini uşaqlar təşkil edir? – 20 ildə kəskin azalma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan əhalisinin 26 faizi uşaqlardan ibarətdir.
APress.az rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki illərlə müqayisədə uşaqların sayının əhali sayına nisbətində azalma müşahidə edilir.
2015-ci ildə əhalinin 26,7 faizi, 2010-cu ildə 27,9 faizi, 2005-ci ildə 31,8 faizi, 2000-ci ildə 37 faizi uşaqlardan ibarət olub.
2020-ci ilin əvvəlinə olan məlumata əsasən ölkə vətəndaşlarının 2,64 milyon nəfəri uşaqlardır. Uşaqların 53,4 faizi kişi, 46,6 faizi qadındır.
2000-ci illə müqayisədə uşaqların sayında da azalma baş verib. İyirmi il əvvəl uşaqların sayı 3 milyon və ya 350 min nəfər çox olub.
Həmin dövrdə uşaqların cins tərkibi də fərqli olub. Uşaqların 50,2 faizi qadın, 49,8 faizi kişi idi.
Uşaqların çox hissəsi kəndlərdə yaşayır. Kəndlərdə 1,335 milyon uşaq yaşayır ki, bu da bütün uşaqların 50,56 faizidir.
2000-ci illə müqayisədə şəhər yerlərində olan uşaqların sayının daha çox azalması qeydə alınıb. Həmin ildə uşaqların çox hissəsi (1,516 milyon nəfər) şəhərlərdə yaşadığı halda, indi uşaqların az hissəsi (1,3 milyon) şəhərlərdə yaşayır.
Son məlumata əsasən ümumi təhsil müəssisələrində 1,724 milyon uşaq təhsil alır.
Onların 108 mini məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar, 1,616 milyon nəfəri əyani ümumi təhsil müəssisələrində təhsil alan uşaqlardır.
Azərbaycanda 9 uşaq teatrı var. 2019-cu ilin məlumatına görə teatrlara gələn tamaşaçıların sayı 171 min olub.
Ölkəmizdə 89 uşaq kitabxanası, 1894 uşaq dərnəkləri və kollektivləri fəaliyyət göstərir.
Azərbaycanda hər 10 min uşağa 14 pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 6033 çarpayı var. Ölkəmizdə həmçinin 12 uşaq sanatoriyası, 248 uşaq poliklinikası, 4 körpələr evi, 9 uşaq evi, 9 sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbi mövcuddur.
2019-cu ildə 660 uşaq övladlığa verilib. 2020-ci ilin əvvəlinə olan məlumata görə,
401,2 min uşaq müavinət alır. Müavinətin orta aylıq məbləği 118,4 manatdır (2019-cu ildə).