Şəkidə 25 yaşlı gənci sel aparıb.
Sfera.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Kiş kəndində, Qurucana çayında qeydə alınıb. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Şamil Əhmədovun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurubmuş.