Azərbaycanda futbol klubu azyaşlı futbolçulara enerji içkisi payladı – QALMAQALLI FOTObackend
İdman
431

Azərbaycanda futbol klubu azyaşlı futbolçulara enerji içkisi payladı – QALMAQALLI FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xocalı futbol klubu Feysbuk hesabındakı paylaşımı ilə diqqət çəkib.
APress.az xəbər verir ki, klubun rəsmi hesabında azyaşlılardan ibarət yığmanın şəkli “Xocalı Futbol Klubu futbolçuların qida rasionuna xüsusi önəm verir” başlığı ilə paylaşılıb. Şəkildə maraqlı məqam ondan ibarətdir ki, azyaşlı futbolçuların əllərində enerji içkisi yer alır.
Enerji içkisinin sağlam qida kimi təqdim edilməsi və azyaşlılara təklif olunması isə sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb, paylaşım tənqid hədəfinə tuş gəlib.
Qeyd edək ki, bəhs edilən foto artıq klubun Feysbuk hesabından silinib.
Sfera.az