Ötən ilin mart ayının 27-də Qusar rayonunun Xurel kəndində anasını xüsusi amansızlıqla qətlən yetirən 25 yaşlı Nail Əhmədov barəsində açılmlış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyilə N.Əhmədov barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə açılmış işin araşdırılması zamanı dəhşətli faktlar üzə çıxıb.
Bəlli olub ki, doğma anası 1971-ci il təvəllüdlü Raifə Əhmədovanın boğazını kəsərək, başını bədənindən ayırmaq yolu ilə onu öldürən Naildə psixi xəstəlik yaranıb.
İstintaq materiallarından məlum olur ki, Nailin atası 2010-cu ildə Dağıstanda işlədiyi tikinti sahəsində yıxılaraq vəfat edib. 2011-ci ildə onun bacısı ailə qurub. Bundan sonra hərbi xidmətə yollanan Nail qayıtdıqdan sonra anası ilə birgə yaşamağa davam edib. Lakin hadisənin baş verməsinə bir müddət qalmış onda qeyri-adi davranışlar, nitq və hərəkət pozuntuları müşahidə edilib. Nail kənd sakinlərinə anasından şübhələndiyini, onu kimlərinsə güddüyünü və sair deyirmiş. Sakinlər də Nailə onun anasının çox yaxşı insan olduğunu, heç bir yersiz hərəkət etmədiyini deyib.
Bundan sonra, yəni ötən ilin mart ayının 19-da anası Qusarın digər kəndində yaşayan qızının evinə gedərək Naildəki dəyişikliklər barədə bildirib.
Elə həmin günlərdə N.Əhmədov Qusar şəhərinə gedərək qanuni icazə ilə tüfəng və patronlar alıb. Bir neçə gün sonra isə o, eyni yolla ov bıçağı əldə edib. Martın 27-dən 28-nə keçən gecə saat 22 radələrində isə Nail yaşadıqları evin 2-ci mərtəbəsində anasının yataq otağına daxil olaraq stulda oturub televizora baxan anasına yaxınlaşaraq bıçaqla ona boyun nahiyəsindən zərbə endirib. Anasının “can Nail” deməsinə və yalvarmasına məhəl qoymayan gənc oğlan onun əl və çiyin nahiyələrinə də zərbələr vurub Huşunu itirərək yerə yıxılan anasının hələ də nəfəs aldığını görən Nail daha sonra ov bıçağı ilə onun boğazını tam kəsib və onurğa sümüyünü sındıraraq başını bədənindən ayırıb. O, törətdiyi əməldən sonra evi tərk edib.
Hadisə barədə ilkin olaraq N.Əhmədovun əmisi xəbər tutub. Belə ki, Nail əmisinə zəng edərək anasını öldürüyünü bildirib. O da qohumlarına bu barədə bildirib və evə gediblər. Mənzilə daxil olarkən onlar evin qan içində olduğunu, R.Əhmədovanın başının bədənindən ayrıldığını və Nailin qaçdığını görüblər.
Hadisə yerinə gələn istintaqçılar, maddi sübutları, eləcə də içində “ELAN: Volkmasterdən sizə salam var…” sözləri ilə başlayıb “…və ikinci misiya üçün ov mövsümüne start verilir” sözləri ilə bitən yazılar olan dəftəri, həmçinin həyətdəki tövlədə tapılan tüfəng və patronları maddi sübut kimi götürüblər.
Məhkəmə təqsirləndirilən şəxsin məlum əməli törədərkən anlaqsız vəziyyətdə olmasını əsas götürərək onun cinayət məsuliyyətindən 1 saylı Psixiatrik Xəstxanaya göndərilməsinə qərar verib.
O, sağalanadək ixtisaslaşmış psixiatrik xəstəxanada məcburi müalicə almalıdır.